Gənclik ərazisində, keçmiş Teymur Əliyev küçəsində yerləşən 5 mərtəbəli binanın 2-ci mərtəbəsində yerləşən, 3 otaqdan 2 otağa ideal şəkildə düzəldilmiş tam təmirli mənzil uzunmüddətli icarəyə verilir.
Mənzil geniş, işıqlı və yaşayış üçün tam əlverişlidir. Ev bütün lazımi mebel və məişət texnikaları ilə təmin olunub: kondisioner, televizor, soyuducu, mikrodalğalı soba, paltaryuyan, qabyuyan, ütü, qab-qacaq və s. Hər otaqda ayrıca TV, kondisioner və isti döşəmə mövcuddur.
24 saat fasiləsiz isti-soyuq su, kombi sistemi, bak və gidrafor təmin edilib. Binanın sakit və yaşıllıqla əhatə olunmuş həyəti, avtomobil üçün park yeri mövcuddur. Həyətə giriş şlaqbaum, binaya giriş isə domafon sistemi vasitəsilədir.
əlavə qeyd: ev uzun müddətli verilir
Əlavə məlumat və digər kirayə/alqı-satqı təklifləri üçün əlaqə saxlaya bilərsiniz.