Olimpik Star, Niaqara restoranı, Tibb Universiteti və Nərgiz Klinikasının yaxınlığında yerləşən yeni tikili binanın 1-ci mərtəbəsində yerləşən 2 mərtəbəli dublex obyekt icarəyə verilir. Ərazi həm yerləşmə, həm də kontingent baxımından olduqca prestijli və aktiv zonada yerləşir. Yaxınlıqda klinikalar, ofislər, biznes mərkəzləri, restoranlar və müxtəlif iaşə obyektləri fəaliyyət göstərir.
Ümumi sahəyə malik obyektin daxili hissəsi funksional şəkildə 2 mərtəbəyə bölünüb. Giriş hissəsində reseption zonası, geniş və işıqlı zal, 6 ayrıca otaq mövcuddur. Obyekt özünəməxsus qarderob və 2 sanuzel ilə təmin olunub. Planlaması rahat və istifadəyə yararlı şəkildə qurulduğundan müxtəlif fəaliyyət sahələri üçün ideal seçimdir.
Klinika, estetik mərkəz, stomatoloji kabinet, ofis, şirkət nümayəndəliyi, tədris mərkəzi, konsaltinq şirkəti və digər biznes istiqamətləri üçün əlverişlidir. Obyekt təmiz, səliqəli və istifadəyə hazır vəziyyətdədir. Obyektin qarşısında ətrafında AzPARKİNG mövcuddur.
Şirkətin xidmət haqqı 30% mövcuddur.